Londonda yaşayan azərbaycanlı gənc xanım əlifba kitabı yazıb

Son 7 ildir Londonda yaşayan azərbaycanlı gənc xanım Emiliya Cəbrayılova xaricdə yaşayan uşaqlar üçün "Bülbül" adlı Azərbaycan dili əlifbası kitabını yazıb.

Musavat.com AzərTac-a istinadən xəbər verir ki, müəllif kitabın ərsəyə gəlməsi ilə bağlı AZƏRTAC-a danışıb. Emiliya deyir ki, "Bülbül" kitabı Azərbaycan əlifbasını qeyri-ənənəvi bir şəkildə təqdim edir və hərfləri maraqlı mövzular və tapşırıqlarla bir araya gətirir.

Videomüsahibə bu linkdə: https://video.azertag.az/video/230832

Aytən Abbaslı,
AZƏRTAC-ın xüsusi müxbiri
London

 

05.11.2024 13:49
793