Londonda Türkiyəyə yardım kampaniyası başlanıb - VİDEO

Londonda təhsil alan azərbaycanlı və türkiyəli tələbələr Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım kampaniyasına başlayıblar.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Londonun “Queen Mary” Universitetində təhsil alan Londondakı azərbaycanlı və türkiyəli tələbələr bu gündən ianə kampaniyasına start veriblər.

Kampaniya çərçivəsində tələbələrin hazırladığı türk yeməklərindən, şirniyyatlarından əldə olunan gəlir Türkiyədə zəlzələdən ziyan çəkənlərə ianə ediləcək.

Tələbələri ziyarət edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov da yardım kampaniyasına dəstək olub. Elin Süleymanov Azərbaycan və Türkiyənin bir millət olduğunu, Türkiyənin başına gələn hər hansı bir fəlakətin Azərbaycanda böyük bir kədərlə qarşılandığını deyib. Səfir bildirib ki, ən çətin zamanlarda Azərbaycan və Türk icmasının birləşərək bir yumruq olması çox təqdirəlayiqdir.

 

Aytən Abbaslı

APA

14.02.2023 00:03
475