London BƏƏ-nin vitse-prezidentinin Britaniya qazetlərinin almasına mane olmaq istəyir

Böyük Britaniyanın Mühafizəkar hökuməti Rəqəmsal Bazarlar Aktına düzəlişlər etməyi planlaşdırır. Nəticədə xarici ölkələrin hakimiyyət orqanlarına krallıqda nəşr olunan qəzet və jurnallara sahib olmağı qadağan ediləcək.

“Report” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bu addım “The Daily Telegraph” və “The Sunday Telegraph” qəzetlərinin, həmçinin “The Spectator” jurnalının səhmlərinin 75%-i Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti Şeyx Mənsur bin Zayed Əl Nəhyana məxsus “RedBird IMI” investisiya fondu tərəfindən alınmasının qarşısını almaq məqsədi daşıyır.

2023-cü ilin sonunda “RedBird IMI”, digər potensial alıcılardan daha çox maliyyə problemi olan “Barclay” ailəsinə məxsus üç nəşr üçün 1 milyard funt sterlinq (1,28 milyard dollar) təklif edib.

Ənənəvi olaraq mühafizəkarları dəstəkləyən “Daily Telegraph” nəşrinin kollektivi qəzetin BƏƏ-dən olan şirkətə satılmasının qəti əleyhinədir. Bununla bağlı risklər məsələsi bir neçə aydır ki, Britaniya parlamentinin İcmalar Palatasında qaldırılır.

14.03.2024 02:47
613