Lökbatanda 7 yaşlı uşağı avtomobil vuraraq qolunu sındırıb

Bakının Qaradağ rayonunda 7 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Lökbatan qəsəbəsində avtomobil yolu keçən 2016-cı il təvəllüdlü S. Kərimlini vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

27.01.2023 09:28
379