Lökbatan-Puta yolunda toz burulğanı - VİDEO

Güclü külək Lökbatan-Puta yolunda sürücülər üçün çətinlik yaradıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Magistral yolda yaranan toz burulğanı görmə məsafəsini məhdudlaşdırıb.

Sürücülərdən birinin çəkdiyi görüntülərdə küləyin torpağın üst qatını sovurması öz əksini tapıb.

 

30.03.2023 18:01
505