Lloyd Ostin xəstəxanadan evə buraxıldı

ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb. 

Musavat.com xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Məlumatda qeyd edilib ki, hələlik o, evdən işləyəcək. 

Qeyd edək ki, 2023-cü ilin dekabrında həkimlər ABŞ-ın müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoyublar, o, əməliyyat olunub.  Yanvarın əvvəlində Pentaqon rəhbəri səhhətində ağırlaşmalara görə xəstəxanaya yerləşdirilmişdi. 

 

Musavat.com

15.01.2024 21:53
387