Liviyada yenə ara qarışdı: Fors-major elan edildi...

Liviya Milli Neft Korporasiyası (NOC) ölkənin cənubunda yerləşən ən böyük neft yataqlarından biri olan El Fildə (Aralıq dənizi sahilində) Melita neft-qaz kompleksində neft daşınmasının tam dayandırılması ilə əlaqədar fors-major vəziyyət elan edib.

Musavat.com xəbər verir ki, müvafiq bəyanat korporasiyanın Facebook səhifəsində yerləşdirilib.

NOC vurğulayıb ki, “hazırkı vəziyyətə səbəb olan hallar aradan qaldırılan kimi fors-major ləğv ediləcək”. Korporasiya bu kontekstdə hansı konkret halların müzakirə edildiyini açıqlamayıb.

Avqustun 26-da Liviyanın şərqindəki hökumət başçısı Usamə Hammad Liviya Mərkəzi Bankının rəhbərliyinə və əməkdaşlarına hücumlara, həmçinin bəzi “qanunsuz qrupların” neft satışından əldə edilən vəsaitləri mənimsəmək cəhdlərinə etiraz olaraq neft ixracını və hasilatını dayandırdığını elan edib. Avqustun 29-da NOC neft hasilatının dayandırılmasından dəymiş zərəri 120 milyon dollardan çox qiymətləndirib, hasilat itkiləri 1,5 milyon bareldən çox neft təşkil edib.

 

Musavat.com

02.09.2024 21:18
565