Liviyada güclü daşqınlar nəticəsində dörd futbolçu ölüb

Liviyada baş verən güclü daşqınlar nəticəsində dörd futbolçu həlak olub.

"Report" xəbər verir ki, yerli federasiya bu barədə "Əl-Cəzirə" kanalına məlumat verib.

Şahin Əl-Cəmil, Saleh Sassi, Əl-Hüseyn Şəluf və Muntera Sadakinin dünyasını dəyişdiyi bildirilib. Federasiya oyunçuların vəfatı ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, Liviyadakı daşqınlarda ölənlərin sayı iki mini keçib.

14.09.2023 09:51
367