Liviyada daşqın qurbanlarının sayı 7 minə çatıb

Liviyanın Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 7 minə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Liviya Nümayəndələr Palatasının (parlament) rəsmi nümayəndəsi Abdalla Belhak bildirib.

“Minlərlə cəsəd hələ də şəhərin küçələrində və ya dənizdə qalıb. Onları dəfn etməyə imkanımız yoxdur”, - o deyib.

Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb.

Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.

13.09.2023 21:30
574