Livandan İsrailə növbəti dəfə raket atılıb 

Livan ərazisindən İsrail-Livan sərhədindəki Ərəb Əl-Aramşe icmasına bitişik hərbi posta doğru raket atılıb.

Bu barədə Report İsrail Müdafiə Ordusuna istinadən xəbər verir.

Bildirilib ki, həlak olan və yaralananların olub-olmadığı dəqiqləşdirilir.

Qeyd edək ki, ötən iki gün ərzində Livan ərazisindən İsrailə 10-dan çox raket atılıb.

11.10.2023 12:11
536