Livandan İsrailə 15 raket atılıb

İsrail Ordusu Livandan İsrail istiqamətində 15 raketin atışını qeydə alıb.

“Report”un xəbərinə görə, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.

"Rakətlərin bəziləri havada məhv edilib, qalanları isə qeyri-yaşayış ərazilərinə düşüb", - açıqlamada bildirilir.

Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət 2023-cü il oktyabrın 7-də Qəzza sektorundan radikal HƏMAS qrupunun silahlılarının İsrail ərazisinə keçməsi, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin qətlə yetirilməsi və 240-dan çox girovun götürülməsi ilə kəskin şəkildə pisləşib.

18.11.2024 01:59
204