Livandan İsrail ərazisinə hücum olub, 1 nəfər ölüb, 7 nəfər yaralanıb

Livandan İsrail ərazisinə raket hücumu olub, 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə Safed şəhərində qeydə alınıb.

Xəsarət alanlardan üçünün vəziyyəti orta ağır qiymətləndirilir.

Məlumata görə, İsrail ordusu qarşı tərəfə adekvat cavab verib.

14.02.2024 14:36
419