Livandan İrana SON DƏQİQƏ XƏBƏRDARLIĞI - Qəbuledilməzdir!

Livanın baş naziri Nəcib Mikati İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın İranın Livanda atəşkəs üçün Parislə danışıqlara hazır olması barədə bəyanatını tənqid edib.

Musavat.com xəbər verir ki, bu barədə Livanın “L’Orient-Le Jour” qəzeti məlumat yayıb.

“Biz bu təşəbbüsə təəccüblənirik. Bu, Livanın daxili işlərinə açıq müdaxilə və ölkəmizi qəbuledilməz nəzarət altına almaq cəhdidir”, - nəşr baş nazirin sözlərini sitat gətirib.

Mikati həmçinin Livanın xarici işlər naziri Abdullah Bu Həbibi Qalibafın açıqlamalarını müzakirə etmək üçün İranın Beyrutdakı diplomatik nümayəndəsini çağırmağa dəvət edib.

Musavat.com

18.10.2024 16:45
892