Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə partlayış baş verməsi nəticəsində ölənlərin sayı artaraq 9- a, yaralılar isə 300 nəfərə çatıb.
***
Bu saatlarda Livanın müxtəlif ərazilərində yenidən peycer partlayışları qeydə alınmaqdadır.
Musavat.com xəbər verir ki, Livanın "Əl-Hadath" telekanalının yaydığı məlumata görə, yeni partlayışlar zamanı 3 nəfər həlak olub.
100-dən yuxarı insanın isə yaralanması xəbərləri gəlir.
Qeyd edək ki, dünən Livanda əsasən Hizbullah üzvlərinə məxsus peycerlərdə baş verən partlayışlar 4 minə yaxın insanın yaralanması, onlarla insanın ölməsinə səbəb olub.
Musavat.com