Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi teleqram kanalında məlumat yayıb.

Məlumatda yaralıların sayının 450 nəfərdən 460-a yüksəldiyi bildirilir. Ölən və yaralananların əksəriyyəti 2023-cü ilin oktyabrından Livanın cənubundakı sərhəd bölgələrində İsrailə qarşı döyüşən "Hizbullah" hərəkatının tərəfdarlarıdır.

19.09.2024 02:00
332