Livanda partlayışlar davam edir: Ölənlərin sayı 14-ə çatdı - VİDEO

Livanda bu gün rabitə cihazlarının ikinci seriyasının partlaması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı Respublika Səhiyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, ən azı 450 nəfər yaralanıb.

Qeyd edək ki, dünən də eyni vaxtda Livanın müxtəlif bölgələrində peycerlərin kütləvi partladılması nəticəsində 4 mindən çox insan xəsarət alıb, 11 nəfər ölüb.

 

Şahanə Rəhimli
Musavat.com 

18.09.2024 22:15
382