Livanda partlayan peycerləri kim istehsal edib? – Macarıstan və Tayvandan təkzib gəldi

Livanda partlayan peycərlər Macarıstandan ixrac olunmayıb, bu ölkədə qeydiyyatdan keçmiş BAC Consulting şirkəti sadəcə vasitəçi olub.

Musavat.com xəbər verir ki, bu məlumatı Macarıstanın baş naziri ofisində beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi olan Zoltan Kovaç özünün X hesabında açıqlayıb.

Onun sözlərinə görə, adı hallanan şirkət Macarıstanda heç bir istehsal və ya əməliyyat yeri olmayan ticarət vasitəçisidir: “Onun qeyd olunmuş ünvanında qeydiyyatdan keçmiş bir meneceri var və sözügedən cihazları heç vaxt Macarıstanda olmayıb”.

Kovaç qeyd edib ki, Macarıstanın xüsusi xidmət orqanları insidentin araşdırılmasında “bütün müvafiq beynəlxalq tərəfdaş qurum və təşkilatlarla əməkdaşlıq edir”: "Macarıstan üçün bu hadisə milli təhlükəsizliyə təhdid yaratmır".

Xatırladaq ki, Reuters İsrail kəşfiyyat agentliyi Mossad-ın Tayvanda yerləşən Gold Apollo şirkətinə şiə Hizbullah hərəkatı tərəfindən sifariş edilən 5000 peycerə kiçik miqdarda partlayıcı yerləşdirmiş ola biləcəyini yazıb. Lakin şirkətin idarə heyətinin sədri Xu Qingguang bildirib ki, şirkət Livanda partlayan rabitə cihazlarını istehsal etmir.

Musavat.com

Livanda partlayan peycerləri Tayvan şirkəti istehsal edib? - Oxu.az

Hizbullah-ın peycerləri BU YOLLA partladılıb - FOTO

18.09.2024 20:18
979