Livanda partlayan peycerlərdə əli ola biləcək iş adamı yoxa çıxıb

Livana peycerlərin tədarükü ilə məşğul olduğu iddia edilən Bolqarıstanın "Norta Global" şirkətinin sahibi, norveçli iş adamı Rinson Yosi yoxa çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına əsasən, sentyabrın 17-də Yosi Oslo ətrafındakı mənzildən çıxıb və planlaşdırılmış işgüzar səfərə gedib. O vaxtdan media konqlomeratı NHST-nin rəhbərliyi bu adamla əlaqə saxlaya bilmir.

Sentyabrın 18-i axşam NHST nümayəndələri Norveç Polisinin Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıblar. Oslo dairə polisi sentyabrın 19-da məlumatla bağlı ilkin araşdırmaya başladığını açıqlayıb.

Musavat.com

20.09.2024 11:44
327