Livanda bir çox peycer eyni vaxtda partlayıb, nəticədə onlarla insan yaralanıb.
Musavat.com Livanın milli agentliyi NNA-ya istinadla xəbər verir ki, cihazlar Beyrutun cənub ətraflarında partladılıb.
Partlayışın yayılan görüntülərində bir mağazanın satış mərtəbəsi, orada müştərilərin gəzdiyi görünür. Birdən yüksək səs və qışqırıqlar eşidilir - ziyarətçilərdən birinin cibində peycer partlayır.
Agentlikdən bildirilib ki, şəxsi rabitə vasitələri yüksək texnologiyanın təsiri ilə partladılıb. Bu qədər peycerin partlamasına nəyin səbəb olduğu məlum deyil.
Media peycerlərin Hizbullah hərəkatının üzvləri arasında çox populyar olduğunu yazır. Onların fikrincə, bu qapalı rabitə sistemini sındırmaq və dinləmək demək olar ki, mümkün deyil. Onlarla qurğunun eyni vaxtda partladılmasının səbəbi hələlik məlum deyil.
Bildirilir ki, peycer partlayışları nəticəsində azı 8 nəfər həlak olub, 2800-dən çox adam yaralanıb.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
@@TVmusavat/95793@@