Litva səhiyyə nazirinin müavini ilə ATU-da görüş keçirilib

Azərbaycanda səfərdə olan Litva səhiyyə nazirinin müavini xanım Ausra Bilotiene-Motiejuniene və Litvanın ölkəmizdəki səfiri Egidius Navikasla ATU-da görüş keçirilib.

Söhbət zamanı səhiyyə və tibb elmi sahəsində ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf imkanları müzakirə olunub.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara universitet haqqında geniş məlumat verib. Tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi, universitetdə yeni açılmış ixsitisaslar, müasir laboratoriyalar haqda məlumatlar maraqla qarşılanıb. Bildirilib ki, tələbə-müəllim mübadiləsi hər iki ölkə üçün faydalı olardı.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən xanım Ausra Bilotiene-Motiejuniene ölkəsinin Azərbaycanda tibb təhsili sisteminin beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun modernləşdirilməsinə töhfə verməyə hazır olduğunu qeyd edib.

IMG_6194.jpeg (2.50 MB)

Nazir müavini xatırladıb ki, cari ilin may ayında Litvanın Sağlamlıq Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında Əməkdaşlıq Memorandumun imzalanıb: “İnanıram ki, bu sənəd ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək”.

Görüşdə, həmçinin tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Qonaqlar tələbə-müəllim mübadiləsi məsələsinə müsbət yanaşdıqlarını bildiriblər.

Qeyd edək ki, görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, elmi katib, professor Nazim Pənahov, İnnovasiya şöbəsinin müdiri Aygün Babayeva iştirak edirdilər.

20.09.2022 11:48
425