Litva NATO-nun nüvə silahını öz ərazisində yerləşdirməyə hazırdır  

Litvanın Müdafiə naziri Dovile Şakaline bildirib ki, Litva müttəfiqlərdən konkret nüvə silahı və ya onun komponentlərinin ölkə ərazisində yerləşdirilməsi ilə bağlı real təkliflər alarsa, ölkənin Konstitusiyasının 137-ci maddəsində dəyişiklik etmək imkanı üzərində düşünməyə hazırdır.

Musavat.com xəbər verir ki, "Delfi" portalının məlumatına görə, nazirlə müsahibədə bu ifadə yer alıb.

Litvanın Konstitusiyasının 137-ci maddəsi, bu ölkədə kütləvi qırğın silahlarının və xarici hərbi bazaların yerləşdirilməsini qadağan edir.

Musavat.com

15.03.2025 15:12
257