Lissabonun simvollarından biri olan Glória funikulyoru relsdən çıxıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qəza nəticəsində 15 nəfər ölüb.
KİV-in məlumatına görə, yaralılardan beşinin vəziyyəti ağırdır.
Funikulyor hərəkət edərkən relsdən çıxıb. Gloria Portuqaliya paytaxtının ikonik görməli yerlərindən biri hesab olunur və çoxlu turistləri cəlb edir.
Faciənin səbəbləri araşdırılır.
Musavat.com