Liderlərdən SENSASİON bəyanatlar, dünyadan REAKSİYALAR, Rusiya və İran isə... - CANLI

İran İslam Respublikası Cənubi Qafqaz regionunda mövcud tendensiyaları yaxından izləyir və bu hadisələrlə bağlı qonşu Azərbaycan və Ermənistanla təmasdadır. İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, Cənubi Qafqazda sülh və sabitlik regionun bütün ölkələrinin maraqlarına cavab verir: "İran İslam Respublikası iki ölkə arasında sülh sazişinin mətninin yenidən işlənməsini alqışlayır, hadisələrin bu inkişafını regionda davam sülhün əldə olunmasında mühüm addım hesab edir.

Eyni zamanda, hər hansı bir xarici müdaxilənin, xüsusən də ümumi sərhədlərin yaxınlığında, bölgədəki təhlükəsizliyə və davamlı sabitliyə zərər verə biləcək mənfi təsirlərindən narahatlığını ifadə edir".

Bəyanatda o da qeyd olunub ki, kommunikasiya əlaqələrinin bərpası region xalqlarının sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edəcək.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Azərbaycan və Ermənistanın sülh naminə atdığı addımlardan məmnunluq ifadə edib.

Nazir bu barədə özünün “X” hesabında bəyanat verib.

“Vaşinqtonda sülhə doğru atılan qətiyyətli addımlara görə Azərbaycan və Ermənistanı təbrik edirəm. Burada ABŞ prezidentinin rolu həyatidir. ABŞ vitse-prezidentinə dediyim kimi, Britaniya Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır”.
TV Musavat-ın saat 12:15-də "Həftə içi" verilişində aparıcı Emil Salamoğlunun qonağı Azad Vətən Partiyasının sədri Akif Nağıdır.

https://www.youtube.com/@musavattv

09.08.2025 12:11
1345