Liderlərdən biri də öldürüldü - HƏMAS-a ŞOK zərbə

Fələstinin HƏMAS hərəkatının Livandakı liderlərindən biri öldürülüb.

Musavat.com xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalında məlumat verilib.

Bildirilib ki, Şərif Əbu əl-Əmin İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində həlak olub.

“HƏMAS Livanda İslami Müqavimət Hərəkatının lideri və xaricdəki hərəkatın rəhbərliyinin üzvü Fəth Şərif Əbu əl-Əminin vəfatı ilə əlaqədar yas saxlayır”, - məlumatda deyilir.

2023-cü il in 7 oktyabrında İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında “Dəmir Qılınclar” əməliyyatına başlayıb.

Şahanə Rəhimli
Musavat.com

30.09.2024 10:18
817