Leysan yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək

İyunun 28-29-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

27.06.2024 17:42
1381