Leyla Seyidbəyova vəfat etdi

Tibb elmləri üzrə fəlsəfə doktoru, uzun illər tibb müəssisələrində rəhbər vəzifələrdə çalışmış Leyla Seyidbəyova vəfat edib.

Musavat.com Qafqazinfo-ya istinadən xəbər verir ki, L.Seyidbəyova ötən gecə xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, məşhur hakim Ənvər Seyidovun bacısı olan L.Seyidbəyova uzun müddət Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsində çalışıb. O, son olaraq 7 saylı doğum evində baş həkim vəzifəsini tutub və 2022-ci ildə yaşla əlaqədar təqaüdə çıxıb.

Musavat.com

05.03.2024 20:25
1648