Növbədənkənar prezidenti seçkisi ilə əlaqədar Azərbaycanın Fransadakı Səfirliyində səsvermə davam edir.
Musavat.com xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səsvermə hüququndan istifadə edib. O bu barədə X platformasında paylaşım edib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev də Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində yaradılan seçki məntəqəsində səsvermədə iştirak edib.
E. Abdullayev X platformasında yazıb:
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə ölkəmizin bütün ərazilərində keçirilən Prezident seçkilərində iştirak etməkdən qürur duydum. Yaşasın müstəqil və güclü Azərbaycan dövləti!
Nigar HƏSƏNLİ,
Musavat.com