Leyla Abdullayeva Fransanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin Avropa və xarici işlər naziri Katrin Kollona ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Leyla Abdullayeva Tvitterdə bildirib.

“Avropa və xarici işlər naziri xanım Katrin Kollonanın diplomatik korpusuna xoş arzularla” – deyə azərbaycanlı diplomat vurğulayıb.

Qeyd edək ki, Leyla Abdullayeva bir neçə gün əvvəl etimadnaməsini Fransa Prezidenti Emmanuel Makrona təqdim edib.

17.01.2023 01:03
544