6 yaşlı Hüseyn Qubadovun sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Musavat.com-a Hüseynin atası Vüsal Qubadov məlumat verib.
O bildirib ki, övladı qan xərçəngindən əziyyət çəkir:
“Bu xəstəlik Hüseyndə 10 gündür aşkarlanıb. Uşağı qurddan müayinə üçün həkimə aparmışdıq, onun qan xərçəngi olduğu ortaya çıxdı. Hazırda qan institutunda müalicə alır. 1 ay orada qalacaq. Türkiyəyə analiz göndərilib, onun cavabını gözləyirik.
2 övladım var. Sosial yardım da almıram. Ailəni mən fəhləliklə dolandırıram. Maddi köməyə ehtiyacım var”.
Musavat.com