Polşanın keçmiş prezidenti (1990-1995) Lex Valeza ötən əsrin 90-cı illərində çeçen separatçılarına dəstək verməyi planlaşdırdığını etiraf edib və ABŞ-ın keçmiş dövlət katibi (1997-2001) Madlen Olbrayt onu bu ideyanı həyata keçirməkdən çəkindirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun sözlərini PAP agentliyi sitat gətirib.
“Mən Rusiyanı parçalamaq istəyirdim, amma amerikalılar məni dayandırdılar. Madlen Olbrayt mənim yanıma gəldi və dedi: "Cənab prezident, bir addım da atmayın, əks halda bütün dünya partlayacaq".
2017-ci ilin iyununda Rusiya prezidenti Vladimir Putin vurğulamışdı ki, ABŞ kəşfiyyat xidmətləri Çeçenistandakı müharibə zamanı yaraqlılara yardım, o cümlədən əməliyyat və maliyyə yardımı göstərib, onlardan Rusiya Federasiyasında siyasi vəziyyəti pozmaq üçün istifadə edib.
Musavat.com