Aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramına qonaq olan müğənni Lətifə Soyuözə təəccüblənib.
O, ifaçının çəki atmasından söz açıb və onu tanımadığını deyib:
"Lətifəni tanımadım. Dedilər ki, Lətifə gəlib, inanmadım. Qız elə bil ilan boğazından çıxıb. Cenifer Lopes sənin yanında istirahət edir".
Lətifə isə ciddi pəhriz saxlayaraq, bu çəkiyə nail olduğunu deyib:
"9 aya yaxındır ki, pəhrizdəyəm. Pəhrizlə arıqlamayanların nəticəsini gördüm. Hamısı yenidən kökəlirdi. Ona görə də sağlam qidalanmaq lazımdır".
Qeyd edək ki, sənətçi bir müddət əvvəl 30 kiloqram arıqladığını açıqlamışdı. (Axşam.az)