Leo Varadkar İrlandiyanın baş naziri təyn edilib

İrlandiya prezidenti Maykl Hiqqins növbədənkənar iclasda Leo Varadkarı baş nazir təyin edib.

APA-nın məlumatına görə, Varadkar Nazirlər Kabinetinin rəhbəri vəzifəsində Mixol Martini əvəzləyib. Martin isə Saymon Koveni baş nazirin müavini və xarici işlər naziri postunda əvəzləyəcək.

Varadkar ikinci dəfədir baş nazir postunu tutur. O, artıq 2017-ci ildən 2020-ci ilə kimi bu vəzifəni icra edib.

18.12.2022 03:50
334