Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Hənifə Abdullayev küçəsində qeydə alınıb.
"Hyundai Accent" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı qaz tənzimləyiciyə, elektrik dirəyinə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Əraziyə FHN-in Lənkəran Yanğından Mühafizə Hisssəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (APA)