Lənkəranda "Hyundai" markalı yük avtomobili "Belarus" markalı traktorla toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri - 38 yaşlı Amil Möhübbət oğlu Qafarov, 42 yaşlı Elməddin Rəfael oğlu Cavadov və 27 yaşlı Samir Yusif oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Musavat.com APA-ya istinadən xəbər verir ki, vəziyyətləri ağır olan E.Cavadov və S.Abbasov reanimasiya şöbəsinə yerləşdirilib.
Lakin Samir Abbasovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə Ələt-Astara magistralının 171 kilometrliyində qeydə alınıb. Qəzada yol kənarındakı mühafizə hasarına da ciddi ziyan dəyib.