Lənkəranda tələbələr arasında kütləvi dava, ölən var

Lənkəran rayonunda 19 yaşlı tələbə qətlə yetirilib.

“Report”'un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran Dövlət Universitetinin yaxınlığında baş verib.

İlkin məlumata görə, tələbələr arasında baş verən kütləvi dava zamanı Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov bıçaq xəsarətləri alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

18.11.2022 03:11
1240