Lənkəranda məsciddən oğurluq edildi

Lənkəran rayon Şağlaser kənd məscidinin içərisindəki nəzir qutusu sındırılaraq içindəki pul oğurlanıb.

Musavat.com-un məlumatına görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə əməli törədən Zülfi Nəzərli müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun bundan əvvəl analoji əməllərə görə məhkum olunduğu müəyyən edilib. Belə ki, o əvvəllər Masallıda 1, Lənkəranda 2 məsciddən oğurluqlar edib.

Araşdırma aparılır.

 
22.07.2024 21:21
666