Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”

Lənkəranda 1965-ci il təvəllüdlü Kərəm yetkinlik yaşına çatmayan Elnarəyə (adlar şərti verilib - red.) təcavüz edib.

Teleqraf.com-un məlumatına görə, Kərəm 2022-ci il avqustun əvvəllərində günorta saatlarında qonşuluqda yaşayan Elnarəni idarə etdiyi “Hyundai” markalı avtomobilə əyləşdirib.

O, dəniz kənarına gələrək avtomobili saxlayıb. Arxa sərnişin oturacağına əyləşdikdən sonra öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Elnarəyə qarşı seksual xarakterli hərəkətlər edib.

Elnarəyə əxlaqsız iyrənc hərəkətlər edib, sonra onunla təbii yolla cinsi əlaqədə olub.

Sonuncu dəfə 2022-ci ilin sentyabrın əvvəllərində Elnarəni öz yaşadığı evə dəvət edib və orada onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Kərəmin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Onu razı salmışam”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kərəm ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, zərərçəkmiş Elnarə qonşuluqda yaşayıb:

“Qonşu olduğumuz üçün mən və həyat yoldaşım onlara qonaq gedirdik. Elnarənin ailəsi də bizə gəlirdilər. Ona həmişə şirin sözlər demişəm, bədən quruluşunun yaxşı olduğunu bildirmişəm.

2022-ci ilin iyun-iyul aylarında Elnarə yaşadıqları evin qapısının ağzında olan skamyada oturarkən onun yanına getdim. Onunla söhbət etməyə başladım. Elnarənin cinsi cəhətdən tam yetişdiyini, həmçinin mənim vasitəmlə cinsi ehtirasını ödəyə biləcəyini ona bildirdim. Elnarə ilə bir-iki dəfə bu formada söhbət etmişəm, onu razı salmışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin avqust ayının əvvəllərində istifadəsində olan mobil telefonla Elnarəyə zəng edib:

“Elnarə küçəyə çıxdıqdan sonra oğluma məxsus “Hyundai” markalı avtomobillə dəniz kənarına getdik. Maşını bir tərəfə verərək saxladım. Sonra sürücü yerindən düşərək arxa oturacağa keçdim”.

“Onun atasıyam”

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Elnarəyə qarşı əxlaqsız seksual hərəkətlər edib:
“Dəqiq xatırlamasam da, bu hərəkəti müqabilində Elnarəyə təxminən beş manat verdim. O, tez-tez mənə zəng edərək görüşməyimiz üçün vaxt istəyirdi. Növbəti dəfə 2022-ci ilin avqust ayının ortalarında görüşdük. Onu dəniz kənarına apardım. Orada yenidən qeyri-təbii yolla cinsi əlaqədə olduq. Elnarə ilə təbii yolla da cinsi əlaqədə olmuşam. Ona qarşı psixi və ya fiziki zor tətbiq etməmişəm. Genetik ekspertizanın rəyi ilə razıyam. Elnarənin yeni doğulmuş övladının atasıyam. Doğulmuş Fuad adlı uşağın maddi təminatını tam şəkildə ödəyirəm”.

“Anama oxşadığımı bildirdi”

İş üzrə zərərçəkmiş Elnarənin sözlərinə görə, atası, anası, qardaşı ilə birlikdə yaşayır:

“Dərslərə davamiyyətim normal olmadığı üçün 2023-cü ilin noyabrından orta məktəbə getməyi dayandırdım. Məktəbdə oxuduğum vaxtlarda həm müəllimlər, həm də sinif yoldaşlarımla münasibətim normal olub. Yaşadığım məhəllədə də qonşularımız ilə münasibətimiz normaldır.

Bizimlə qonşuluqda yaşayan təxminən 50 yaşlı Kərəmi tanıyıram. O, bizə tez-tez, bəzən arvadı ilə, bəzən də tək gəlirdi. Atamla dost idilər. Bəzən atam evdə olmayan vaxtda da bizə gəlirdi. Həmişə məni tərifləyirdi. Bəzən mənim qeyrətli qız olduğumu, bəzən də bədən quruluşumun yaxşı olduğunu, hətta anama da oxşadığımı deyirdi”.

“Mənə xərclik verəcəyini bildirdi”

Elnarənin sözlərinə görə, Kərəm ona bir dəfə cinsi əlaqədə olacaqlarını və bunun qarşılığında xərclik verəcəyini deyib:

“Kərəmə onunla yalnız bir dəfə cinsi əlaqədə olacağımı bildirdim”.

Elnarə qeyd edib ki, daha sonra hər dəfə Kərəm cinsi əlaqədə olduqları üçün ona beş manat verib.

“Anam hamilə olduğumu bildi”

Elnarə bildirib ki, Kərəmlə sonuncu dəfə 2022-cü il sentyabrın əvvəllərində görüşüblər:

“Kərəmlə görüşdükdən sonra özümü qəribə hiss etdim. Hamilə olduğumu bildikdə qorxumdan bu barədə heç kəsə bir söz demədim. Lakin qarnım böyüyəndə anam hamilə olduğumu bildi. Kərəm mənimlə cinsi əlaqədə olarkən psixi və ya fiziki zor tətbiq etməyib. Onunla könüllü şəkildə cinsi əlaqədə olmuşam”.

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kərəmin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona üç il sınaq müddəti olmaqla bir il altı ay şərti cəza təyin olunub.

18.04.2024 10:18
1823