Lənkəranda maşın çaya aşıb - ölənlər var

Lənkəran rayon sakini İlqar Bayramov idarə etdiyi "Niva" markalı avtomobillə rayonun Əşlə kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Ş.Mirzəyev aldıqları xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

09.01.2023 21:00
475