Lənkəran rayonu Velədi kənd sakini itkin düşüb.
Musavat.com xəbər verir ki, 2004-cü il təvəllüdlü Lamiyə Valeh qızı Məmmədova 8 gün öncə yaşadığı evdən çıxıb və geri dönməyib.
Yaxınları onun 5 aylıq hamilə olduğunu bildirir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, qadının tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.