Lənkəran Dram Teatrının direktoru işdən çıxıb

Lənkəran Dövlət Dram Teatrının direktoru İntiqam Hacılı işdən çıxıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, İntiqam Hacılı əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədər işdən çıxıb.

Onun əmək funksiyasının icrası teatrın Baş rejissoru Anar Babalıya həvalə edilib.

06.02.2024 14:19
486