Ledi Qaqa rusları təhqir edib, Putindən onu niyə həbs etmədiyini soruşdu
Amerikalı müğənni Ledi Qaqa Las-Veqasdakı caz konserti zamanı rusları təhqir edib.
Musavat.com xarici mətbuata istinadən bildirir ki, sənətçi piano arxasında əyləşərək, rusiyalılar haqqında deyib:
"Ruslar axmaq idilər, elə də qalıblar".
Daha sonra müğənni Putinə sual ünvanlayaraq, fürsət olarkən niyə onu həbs etmədiklərini soruşub.
"Gərək məni Rusiyada olanda həbs edərdilər, indi gecdir",- deyə Qaqa qeyd edib.
Ledi Qaqanın bu davranışından sonra minlərlə rus izləyicisi sosial şəbəkədə ona təhqiredici ifadələr yazıblar.
Xalidə Gəray
Musavat.com