Lavrovun Bakıya səfər tarixi açıqlandı

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfərinin tarixi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Lavrov fevralın 27-28-i Bakıda səfərdə olacaq.

Xatırladaq ki, M.Zaxarova ötən həftə Lavrovun Bakıya səfərinə hazırlıq getdiyini açıqlayıb.

22.02.2023 17:44
979