Lavrovdan MÜHÜM AÇIQLAMALAR- "Ər-Riyaddakı görüş ABŞ-la normal dialoqa ümid verdi"

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda keçirilən görüş Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması üçün ümid yaradıb.

Musavat.com xəbər verir ki, Lavrovun digər mühüm açıqlamaları aşağıdakılardır:

  • Rusiya Türkiyəni Moskva və Vaşinqton arasındakı danışıqlar barədə ətraflı məlumatlandırıb;
  • Moskva ABŞ-la təmasları davam etdirmək niyyətindədir;
  • Bir çox ölkələrin mövqeyində Ukrayna münaqişəsinin həlli ilə bağlı daha çox reallıq hiss olunur;
  • Rusiya həm Ukrayna, həm də Avropa ilə danışıqlara hazırdır, lakin hərbi əməliyyatlar yalnız Rusiyanı qane edəcək nəticə əldə olunduqda dayandırılacaq;
  • Ukraynanın NATO-ya qoşulmaması ilə bağlı “dəmir-beton” zəmanət verilməlidir;
  • Ukraynadakı münaqişənin kök səbəblərini aradan qaldıracaq uzunmüddətli razılaşma olmadan heç bir razılaşmaya nail olmaq mümkün deyil;
  • Moskva və Ankara Suriya məsələsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib və bu istiqamətdə birgə işə maraqlarını təsdiqləyiblər;
  • Ankara və Moskva "Akkuyu" AES layihəsinin icrasını və energetika sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Bu açıqlamalar beynəlxalq arenada yeni diplomatik istiqamətlərin və mümkün razılaşmaların əsasını qoyur.

Musavat.com

24.02.2025 14:24
276