Lavrovdan erməni spikerə KƏSKİN CAVAB

“Moskvanın Dağlıq Qarabağı Azərbaycana “verməsi” ilə bağlı erməni siyasətçilərinin bəyanatları korrekt deyil”.

Musavat.com-un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

Lavrov TASS-ın müvafiq sualını cavablandırarkən deyib ki, Ermənistanın parlamentin rəhbəri Rusiyanın Qarabağı Azərbaycana verdiyini bildirib. XİN rəhbəri deyib ki, bundan daha yanlış və dürüst olmayan bir ifadə təsəvvür etmək çətindir.

Bundan əvvəl Mariya Zaxarova Ermənistan parlamentinin sədri Alen Simonyanı sərsəm fikirlərinə görə təhqir etmişdi.

Musavat.com

10.09.2023 14:53
2074