Lavrovdan ABŞ-la bağlı SON DƏQİQƏ açıqlaması - Rusiya HAZIRDIR!

Rusiya ABŞ ilə Donald Tramp administrasiyası dövründə əlaqələrə açıqdır, top Amerika tərəfdədir.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov "Yeni Dünya" layihəsi üçün jurnalist Marina Kimə verdiyi müsahibədə bildirib.

“Prezident Putin “Valday” beynəlxalq diskussiya klubunun iclasında bildirib ki, o, hər zaman ünsiyyətə hazırdır. Əlaqələri biz dayandırmamışıq - top onların tərəfdədir”, - Lavrov müvafiq suala cavab verərkən deyib.

Eyni zamanda o, Rusiyanın ABŞ-ın yeni administrasiyasından heç bir gözlənti qurmadığını, konkret addımlarını dəyərləndirəcəyini vurğulayıb.

"Gözləntilər və ehtimallar olmayacaq. Biz konkret işlərə görə mühakimə edəcəyik", - deyə nazir qeyd edib.

Musavat.com

14.11.2024 09:01
1672