Lavrov: Xəzəryanı ölkələrin birgə işi Avrasiyada sabitliyə töhfə verir

Xəzər regionu dövlətlərinin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) birgə işi Avrasiyada sabitliyin təmin olunmasına töhfə verir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov II Beynəlxalq Xəzər Rəqəmsal Forumunun iştirakçılarına videomüraciətində bildirib.

“Xəzər ölkələrin birgə fəaliyyəti Avrasiyada sabitliyin və dayanıqlı inkişafın təmin edilməsinə, beynəlxalq həyatın çoxqütblü prinsiplərinin möhkəmlənməsinə obyektiv töhfə verir”, - o bildirib.

S.Lavrov qeyd edib ki, Xəzər regionu ticari-iqtisadi, nəqliyyat-tranzit, ekoloji, elmi, humanitar və digər sahələrdə çox böyük inkişaf potensialına malikdir: “Onların hər birinə müasir rəqəmsal həllər lazımdır. Rusiya Rəqəmsal İnkişaf Nazirliyinin Xəzəryanı "beşliyin" qarşılıqlı əlaqələrinin bu perspektivli istiqamətinin gücləndirilməsi üzrə konkret addımları hər cür dəstəyə layiqdir".

31.10.2024 15:08
152