Lavrov və Uşakov Ər-Riyada yola düşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov Vladimir Putinin tapşırığı ilə ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yola düşüb.

Musavat.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib. O, qeyd edib ki, görüş Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpasına həsr olunacaq. “Bu axşam Ər-Riyadda ABŞ-li həmkarlar ilə görüş keçiriləcək. Görüş ilk növbədə Rusiya-ABŞ münasibətlərinin kompleks bərpasına həsr olunacaq”, - Kreml nümayəndəsi bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

17.02.2025 14:07
643