Lavrov və Çavuşoğlu Qarabağdakı vəziyyəti müzakirə etdilər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov Moskvada bu gün keçirilən görüşdə Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov görüşün yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, həmçinin 3+3 regionla əməkdaşlıq platformasının inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Sergey Lavrov bildirib ki, 3+3 platforması mexanizmi vasitəsilə bu regionda ümumi qonşuların münaqişədən sonrakı qarşılıqlı fəaliyyəti üçün əsaslar qoyulub.

Rusiya XİN rəhbəri həmçinin, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması kursunu alqışlayıb:

“Biz öz növbəmizdə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın dərinləşməsinə imkan verəcək birgə işə hazır olacağıq”.

16.03.2022 18:06
659