Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərinin İrəvanın Zvartnots hava limanında olmasının mümkünlüyünü müzakirə etməsi ilə bağlı xəbərləri təsdiq edə bilməyəcəyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sergey Lavrov Antalya Diplomatik Forumundan sonra keçirilən mətbuat konfransında deyib:
“Mən bu xəbərləri təsdiq edə bilmərəm, baxmayaraq ki, bu, Ermənistan rəhbərliyinin indi ortaya qoyduğu mövqelərin məntiqinə uyğundur”.
Musavat.com