Lavrov: Rusiya İstanbulda razılaşdırılmış təhlükəsizlik zəmanətlərini dəstəkləyir  

Rusiya XİN başçısı Sergey Lavrov Ukraynaya yönəlik təhlükəsizlik zəmanətləri ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Lavrov bildirib ki, Rusiya 2022-ci ildə İstanbulda razılaşdırılmış təhlükəsizlik zəmanətləri prinsiplərini dəstəkləyir və bunun xaricindəki hər cəhdin bihudə olduğunu vurğulayıb.

O əlavə edib ki, Avropa əslində Ukrayna ərazilərinin bir hissəsinə xarici müdaxiləni nəzərdə tutur və bu, Moskva üçün qəbuledilməzdir.

Musavat.com

21.08.2025 15:07
1096